Sizin reklam burada
Sizin reklam burada

"Erməni gəncləri arasında yenə də Soqomon Teyleryan və Arşavir Şirakyan olacaq"

"Erməni gəncləri arasında yenə də Soqomon Teyleryan və Arşavir Şirakyan olacaq"
"Biz Türkiyə rəsmilərinə açıq mesaj veririk, mübarizəmiz zəifləməyəcək, məqsədimizə çatacağıq, çünki həyatımızın mənası budur".
Bu sözləri İrəvanda qondarma “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı mitinqdə çıxışında “Daşnaksütyun”un Gənclər Birliyinin mərkəzi idarə heyətinin nümayəndəsi Jora Avdalyan deyib.
“Türkiyə gənclərinə səslənirik, əgər siz öz hakimiyyətinizi soyqırımı tanımağa məcbur etməsəniz, siz də buna görə məsuliyyət daşıyacaqsınız. Əmin olun, erməni gəncləri arasında yenə də Soqomon Teyleryan və Arşavir Şirakyan olacaq. Biz həm soyqırımın, həm də “artsax”ın ədalətli qisasını alana qədər erməni qisasçılarının ordusu artacaq.
Biz erməni gənclərinə səslənirik: Vur, daha çox vur, vur ki, düşmən sənin nəfəsini hiss etsin, vur ki, düşməni sevindirənlər titrəsinlər.
…Biz gənclər məğlubiyyət səhifəsini çevirəcəyik, yenidən ayağa qalxıb qalib gələcəyik, millətimizə, dövlətimizə layiqli gələcək quracağıq və bu gələcəyə çatmağın bir yolu var - döyüş, döyüş”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş