Sizin reklam burada
Sizin reklam burada

"Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik"

"Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik"
Avropa İttifaqı Rusiyaya qarşı yeni 17-ci sanksiya paketi üzərində işləyir.
Xarici KİV-in verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.
"Artıq 16 sanksiya paketi qəbul etmişik və indi 17-ci paket üzərində iş gedir. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik", - o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin müttəfiqlərinə Ukraynada nizamlanma planı təqdim etdiyi, bu plana Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının daxil olduğu barədə məlumat verilmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş