Sizin reklam burada
Sizin reklam burada

"Mən İslam Respublikasını cinayətkar hesab edirəm"

"Mən İslam Respublikasını cinayətkar hesab edirəm"
Tehran rejiminin nüvə proqramının vətəndaşlar üçün heç bir faydası yoxdur, əksinə, bu, İran xalqı üçün təhlükədir.
Bunu siyasi məhbus və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi deyib.
“Mən İslam Respublikasını cinayətkar hesab edirəm, onun cinayətləri heç vaxt bağışlanmamalıdır”, - o əlavə edib.
Hazırkı hökumətin ömrünün uzanmasının xalqa ağır başa gəldiyini deyən Məhəmmədi onun dəyişdirilməsi üçün səy göstərməyə çağırıb.
Qeyd edək ki, Nobel laureatı, 52 yaşlı zəncanlı Nərgiz Məhəmmədi son dəfə 2021-ci ilin noyabrında həbs edilib və müxtəlif ittihamlarla 12 il 9 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş