Sizin reklam burada
Sizin reklam burada

"Fransa hakimiyyəti ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır”

"Fransa hakimiyyəti ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır”
Moskva Fransa hökumətinin Rusiya XİN əməkdaşına qarşı addımlarını qəbuledilməz və Vyana Konvensiyasına zidd hərəkət kimi qəbul edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 6-da Parisin Şarl de Qol hava limanında baş vermiş hadisəni şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti uzun müddət saxlanılan şəxsin yanına konsulluq xidmətinin əməkdaşlarını buraxmayıb. Bu isə beynəlxalq öhdəliklərin birbaşa pozulmasıdır: “Təbii ki, bu hal Fransa hakimiyyətinin onsuz da gərginləşdirdiyi ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır”.
Qeyd edək ki, söhbət Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə heyətinin tərkibində olan əməkdaşından gedir. Fransa sərhəd xidməti heç bir səbəb göstərmədən onun telefonunu və kompüterini müsadirə edib və sərhəd zonasındа sutka ərzində saxlayıb Rusiya tərəfi Fransanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərdikdən sonra onun ölkəyə girişinə icazə verilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş