arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"İsrailin çoxdankı arzusu İranı məhv etməkdir"

"İsrailin çoxdankı arzusu İranı məhv etməkdir"
İsrailin çoxdankı arzusu İranı məhv etməkdir. Təl-Əviv hesab edir ki, indi bunu etmək üçün əlverişli zamandır.
Bu sözləri Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına geniş müsahibəsində deyib.
“İki ssenari var: ya İranı danışıqlar masasına qayıtmaq üçün qorxudurlar, ya da ABŞ doğrudan da İrana hücum edəcək. Amma İran özünü müdafiə edə bilər, ilk növbədə Amerika hərbi bazalarını vuracaq, Yaxın Şərqdəki neft obyektlərinə hücum edəcək, bu da neftin qiymətini 4-5 dəfə artıracaq. Təbii ki, İsraili də vuracaq - İranın hipersəs raketləri var”, - o bildirib.
Xaçikyanın fikrincə, ruslar İrana kömək edəcəklər, ancaq təbii ki, gizli şəkildə, necə ki, Tehran Ukrayna müharibəsi zamanı Moskvaya kömək edib.
O, həmçinin vurğulayıb ki, İrana mümkün hücum olarsa, Tehran artıq bizə kömək edə bilməz və Azərbaycan bu fürsətdən istifadə edəcək.
Qeyd edək ki, Donald Tramp ABŞ və İran arasında birbaşa danışıqların başladığını elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş