
Prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir.
Bunu Polşa Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən mətbuat konfransında bildirib.
"Türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm”, - Tusk qeyd edib.
Conflict.az