Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın vitse-prezidenti Zelenskinin davranışını axmaqlıq adlandırdı

ABŞ-ın vitse-prezidenti Zelenskinin davranışını axmaqlıq adlandırdı
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna lideri Vladimir Zelenskiyə narazılığını açıq şəkildə ifadə etmək əvəzinə, ABŞ-a səxavətinə görə təşəkkür etməyi tövsiyə edib.
"RİA Novosti" xəbər verir ki, Vens qeyd edib ki, ABŞ olmasaydı, nə o, nə də Ukrayna mövcud ola bilməzdi.
“Prezident Zelenski və ölkəsi Amerika Birləşmiş Ştatlarının səxavəti olmasaydı, mövcud ola bilməzdi. Odur ki, o, təşəkkürünü bildirsin”, - vitse-prezident vurğulayıb.
"Əgər Ukrayna lideri Trampla razılaşmırsa, ABŞ prezidentini tənqid edərək Avropaya media turuna çıxmaqdansa, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlarımıza zəng etsin", - deyə Vens tövsiyə edib.
O, həmçinin Zelenskinin davranışını axmaqlıq adlandırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş