Sizin reklam burada
Sizin reklam burada

"Ruslar fürsətdən istifadə etməyə çalışacaqlar"

"Ruslar fürsətdən istifadə etməyə çalışacaqlar"
Ukrayna sülh danışıqlarına başlamasa, cəbhə 3-4 aya çökə bilər.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
O bildirib ki, oktyabr və noyabr ayları dəhşətli bir sınaq olacaq:
"Bu, hələ baş verməyib. Ruslar hər fürsətdən istifadə etməyə çalışacaqlar. Bunu dayandırmağın yeganə yolu sülh danışıqlarıdır. Ukrayna öz silahlı qüvvələrini qura bilmədiyi üçün müharibədə şansını əldən verdi".
Keçmiş müşavir qeyd edib ki, cəbhə dörd əsas istiqamətdə dağılır. Onun fikrincə, Ukrayna qüvvələri Kuraxovsk-Pokrovsk, Toretsk, Çasov Yar-Kupyansk istiqamətində və Kursk vilayətində məğlub edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş