Sizin reklam burada
Sizin reklam burada

"İki dövlət yaratmaq üçün həll yoluna nail olmaq lazımdır"

"İki dövlət yaratmaq üçün həll yoluna nail olmaq lazımdır"
"Qəzza zolağında atəşkəsin əldə olunması həm Fələstinin HƏMAS radikal qruplaşmasının, həm də İsrail tərəfinin hərəkətlərindən asılıdır".
Bunu ABŞ dövlət katibi Entoni Blinken Haitiyə səfəri zamanı Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.
“İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bu qalan məsələlərdə razılığa gəlməlidir və biz ilk növbədə tərəfdaşlarımız - Misir və Qətərlə çox fəal danışıqlar aparırıq ”, - deyə dövlət katibi qeyd edib.
O, atəşkəs məsələsi ilə bağlı hər iki tərəfdən yekun cavabı yaxın günlərdə almaq istəyir.
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qeyd edib ki, İsrail və Fələstin arasında münaqişəyə son qoymaq üçün müqavilə bağlamaq və girovları azad etmək lazımdır, həmçinin iki dövlət yaratmaq üçün həll yoluna nail olmaq lazımdır. O, israillilərin və fələstinlilərin təhlükəsiz olduğu iki dövlətli həllə sadiq qaldığını vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş