Sizin reklam burada
Sizin reklam burada

Ukrayna disfunksional vəziyyətə düşəcək

Ukrayna disfunksional vəziyyətə düşəcək
“Ukraynada rusiyayönlü hökumətin yaradılması dövləti qoruyub saxlamağa imkan verəcək”.
Bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
O bildirib ki, ölkəyə rusiyayönlü hökumət rəhbərlik etməsə, Ukrayna disfunksional vəziyyətə düşəcək.
“Rusiya tərəfinin Ukraynanı daimi və ya müvəqqəti öz nəzarəti altında saxlamasından asılı olmayaraq, ölkənin bütün əraziləri demilitarizasiya və denazifikasiya ediləcək”, – deyə Ritter vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ ordusunun istefada olan zabiti Daniel Davis Rusiya ordusunun Krasnoarmeysk istiqamətində şok sürətlə irəlilədiyini bildirib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi tədricən çökdüyü üçün Rusiyanın hücumu sürətlənib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş