Sizin reklam burada
Sizin reklam burada

"Birləşmiş Ştatlar cinayət əməllərində şərik olmaq üçün təzyiq edir"

"Birləşmiş Ştatlar cinayət əməllərində şərik olmaq üçün təzyiq edir"
Venesuela Xarici İşlər Nazirliyi dövlət başçısı Nikolas Maduronun prezident təyyarəsi Dominikan Respublikasında müsadirə edildikdən sonra bəyanat yayıb.
Venesuela hökuməti ABŞ hakimiyyətini quldurluqda ittiham edib.
Bəyanatda deyilir ki, ABŞ hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib.
"Birləşmiş Ştatlar nümayiş etdirdi ki, iqtisadi və hərbi gücündən Dominikan Respublikası kimi dövlətləri qorxutmaq və onların cinayət əməllərində şərik olmaq üçün onlara təzyiq üçün istifadə edir", - XİN qeyd edib.
“Onlar öz hərəkətlərini bütün dünyada birtərəfli və qeyri-qanuni şəkildə tətbiq etdikləri məcburiyyət tədbirləri ilə əsaslandırırlar”, - deyə bəyanatda vurğulanıb.
Xarici İşlər Nazirliyi əlavə edib ki, Venesuela dövlətə dəymiş bu zərərin, eləcə də cinayət siyasəti nəticəsində birtərəfli məcburiyyət tədbirləri nəticəsində dəymiş hər hansı digər zərərin ödənilməsi üçün istənilən hüquqi tədbir görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub. Buna səbəb kimi təyyarənin Amerika sanksiyalarından yayınaraq alındığı göstərilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş