Sizin reklam burada
Sizin reklam burada

"Atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur"

"Atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur"
Qəzza zolağında atəşkəsin əldə olunması Yaxın Şərqdə gərginliyin qarşısını almağın yeganə yoludur.
Bunu Misirin xarici işlər naziri Bədr Abdel Ati amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Misirli nazir vurğulayıb ki, Qəzzada dərhal və hərtərəfli atəşkəs razılaşması mümkün qədər tez əldə edilməlidir:
“Bunun üçün son dərəcə ciddi yanaşma və danışıqlar aparan tərəflərdən real siyasi iradənin təzahürü tələb olunacaq”.
Qeyd edək ki, Qəzzada atəşkəsə dair danışıqların yeni mərhələsinin Dohada baş tutacağı gözlənilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş