Sizin reklam burada
Sizin reklam burada

"Polis 100 min əcnəbinin ölkəyə girişini əngəllədi"

"Polis 100 min əcnəbinin ölkəyə girişini əngəllədi"
Bu il Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Bundan əlavə, polis 100 min əcnəbinin ölkəyə girişini əngəlləyib. Bu, bir il əvvəllə müqayisədə 55% çoxdur”, - İrina Volk Teleqram kanalında yazıb.
O, DİN-in keçirdiyi əməliyyat çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısının alındığını, doqquz minə yaxın şəxsin deportasiya edildiyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş