Sizin reklam burada
Sizin reklam burada

"Hyləgər Bayden görüntü yaradır"

 "Hyləgər Bayden görüntü yaradır"
ABŞ Prezidenti Co Baydenin qəbul etdiyi yeni immiqrasiya tədbirləri, o cümlədən Meksikadan gələn qeyri-qanuni mühacirlərə sığınacaq verilməsinə müvəqqəti qadağa miqrasiya böhranının həllinə kömək etməyəcək.
Bu fikri ABŞ-ın keçmiş prezidenti, hazırda prezidentliyə namizəd olan Donald Tramp deyib.
"Təxminən dörd illik uğursuz və zəif rəhbərlikdən sonra hiyləgər Co Bayden nəhayət sərhədlə bağlı nəsə etdiyi görüntüsünü yaradır. Əslində isə o, sadəcə bilir ki, üç həftədən sonra bizim debatımız olacaq.
Həqiqət ondan ibarətdir ki, Baydenin qərarı hücumu dayandırmayacaq və bu qərar zəifdir, sadəcə miqrant axınını gücləndirəcək. Milyonlarla insan sərhədi keçir və ölkəmizə gəlir”, - deyə Tramp bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş