Sizin reklam burada
Sizin reklam burada

"Pərdəarxası danışıqlar gedir”

"Pərdəarxası danışıqlar gedir”
Azərbaycanla Ermənistan payıza qədər sülh müqaviləsini imzalamağı planlaşdırır.
Bunu erməni politoloq Arman Abovyan deyib.
“Azərbaycan sənədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının beynəlxalq konfransınadək, yəni payıza - noyabra qədər imzalamaq istəyir”, - ekspert qeyd edib.
Abovyanın iddiasına görə, sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana səfər edə bilər: “Baş verənlərdən belə məlum olur ki, müvafiq sənədin imzalanması ilə əlaqədar Nikol Paşinyanın Bakıya səfəri ilə bağlı pərdəarxası danışıqlar gedir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş