Sizin reklam burada
Sizin reklam burada

"Baş verməməsi üçün siyasət yürüdürük"

"Baş verməməsi üçün siyasət yürüdürük"
Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda NATO ilə Rusiya arasında münaqişənin olacağını gözləmədiyini bildirib.
Almaniya liderinin "Thüringer Allgemeine" qəzetinin oxucuları ilə söhbəti nəşrin "YouTube" kanalında yayımlanıb .

"Mən əminəm ki, yaxın zamanda bu baş verməyəcək və biz bunun baş verməməsi üçün siyasət yürüdürük", - Şolts müvafiq suala cavab verib.
O qeyd edib ki, Berlinin məqsədi diplomatik üsullarla münaqişənin qarşısını almaqdır.
Kansler siyasətə, diplomatiyaya və qarşılıqlı anlaşmaya qayıtmağa çağırıb və buna misal olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını göstərib.
Eyni zamanda Şolts xatırladıb ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra o, Almaniyanın müdafiə qabiliyyətini gücləndirməsini nəzərdə tutan “Zeytenwende” elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş