Sizin reklam burada
Sizin reklam burada

"Polşa logistika təşkilatçısı kimi mühüm rol oynayır"

"Polşa logistika təşkilatçısı kimi mühüm rol oynayır"
Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə nəzər saldıqda artilleriyanın nə qədər böyük rol oynadığını görürük. Ümid edirik ki, artilleriya mərmilərinin tez bir zamanda (Ukraynaya) çatdırılması cəbhədəki mənfi tendensiyanı dəyişəcək.
Bunu Polşa Prezidenti Andjey Duda Praqada bir sıra ölkələrin liderləri ilə görüşündən öncə deyib.

"Polşa burada logistika təşkilatçısı kimi mühüm rol oynayır. Bu görüş zamanı mən Polşanın Ukraynaya sursatın mümkün qədər tez çatdırılmasını təmin etmək üçün bütün lazımi vasitələri səfərbər etməyə tam hazır olduğunu təsdiq etmək istəyirəm", - A.Duda qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş