Sizin reklam burada
Sizin reklam burada

"Hər şeyi edəcəyik”

"Hər şeyi edəcəyik”
"Kollektiv Qərbin və xüsusən də Estoniyanın əsas vəzifəsi Ukrayna üzrə sülh danışıqlarına başlamaq üçün Rusiyanı diz çökdürməkdir".
Bunu Estoniya Respublikasının Prezidenti Alar Karis deyib.

“Biz Rusiyanı və Putini diz çökdürmək üçün hər şeyi edəcəyik”, – Karis YLE nəşrinə müsahibəsində deyib.

O hesab edir ki, yalnız bundan sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı ciddi danışıqlar başlaya bilər.

Qeyd edilib ki, yaxın gələcəkdə Rusiyada ciddi dəyişikliklər gözlənilmir.

Karis əmindir ki, Birləşmiş Ştatlar və Avropa daha ​​çox Rusiya liderlərinə dözməli və beynəlxalq münasibətlərdə dəyişikliklər üçün uzun müddət gözləməli olacaqlar.

"İndi Qərbin mühüm missiyası sanksiya təzyiqini davam etdirməkdir ki, sadə ruslar dəyişiklik ehtiyacını hiss etsinlər, - prezident yekunlaşdırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş