Sizin reklam burada
Sizin reklam burada

"Ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa İttifaqına üzv olacağıq"

"Ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa İttifaqına üzv olacağıq"
“Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə bağlı probleminin həllini, ölkənin ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Baş nazir Gürcüstanın ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa İttifaqına üzv olacağını deyib:
“Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid, güclü Gürcüstanda yaşamaqdır.
2030-cu ildə vahid və güclü Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”.
Qeyd edək ki, hazırda ölkədə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi səbəbi ilə keçirilən etiraz aksiyaları davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş