Sizin reklam burada
Sizin reklam burada

"Helikopter hündürlüyə qalxarkən alışıb"

"Helikopter hündürlüyə qalxarkən alışıb"
Müstəntiqlər İranın mərhum Prezidenti İbrahim Rəisinin vertolyotunun gövdəsində güllə izləri aşkar etməyiblər.
TASS xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Raisiyə məxsus helikopter hündürlüyə qalxarkən alışıb.
Qeyd edilib ki, İran Prezidentinin olduğu helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.
Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb. Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb və onların araşdırılması üçün daha çox vaxt lazımdır.
Bundan əvvəl Qızıl Aypara Raisinin helikopterindəki hər kəsin dərhal öldüyünü bildirmişdi.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter dağlarda qəzaya uğrayıb. Prezidentin səlahiyyətləri 50 gün müddətinə birinci müavin Məhəmməd Möhbərə verilib.
Ölkədə növbədənkənar dövlət başçısı seçkiləri keçiriləcək.
Helikopterdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.
Xarici işlər nazirinin müavini Əli Baqiri Kani İslam Respublikası XİN rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş