Sizin reklam burada
Sizin reklam burada

"Müharibədə yüksək texnologiyalar istifadə edilir"

"Müharibədə yüksək texnologiyalar istifadə edilir"
“Hazırda Ukraynada təlim keçən Böyük Britaniya xüsusi təyinatlılarından alınan dərslər əsasında Yaşıl Beretli birləşmələrin yenidən qurulması planlaşdırılır”.
Bunu ABŞ-ın Xüsusi Əməliyyat Qüvvələri Komandanlığının rəhbəri Brayan Fenton deyib.

O bildirib ki, müharibədə getdikcə daha yüksək texnologiyalar istifadə edilir, buna görə də heyətlərə kiber ekspertlər, Hərbi Hava Qüvvələri pilotları və ya kriptoloqların gətirilməsinə ehtiyac yarana bilər:

“Bu fikirlər Britaniyanın xüsusi əməliyyatlar üzrə əməkdaşları tərəfindən Ukraynadakı təcrübələri zamanı ortaya çıxdı. Onlar bunu həm öz hərbi birləşmələrində tətbiq etdilər, həm də digər qüvvələrdə də bu kimi şəxslərə ehtiyac olduğunu anladılar. Fenton britaniyalı komandoların gəminin Qara dənizdə hərəkəti zaman naviqasiya istiqamətini başa düşmək üçün RAF pilotsuz uçan aparat pilotları, o cümlədən dəniz qüvvələrinin personalından məsləhət aldıqlarını deyib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ rəsmisinin açıqlamasına şərh verməkdən imtina edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş