Sizin reklam burada
Sizin reklam burada

"Ağır nəticələr olacaq"

"Ağır nəticələr olacaq"
ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

“Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməsə və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər", - deyə o bildirib.

İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi və müharibəni dayandırmağı və ya regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.

Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş