Sizin reklam burada
Sizin reklam burada

"Konqres üzvünün bəyanatını şərh etməyəcəyəm"

"Konqres üzvünün bəyanatını şərh etməyəcəyəm"
ABŞ Prezidenti Co Bayden ABŞ qüvvələrinin Ukraynaya göndərilməsinin baş tutmayacağını açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.

“Mən Konqres üzvünün bəyanatını şərh etməyəcəyəm, prezident açıq şəkildə bildirib ki, o, ABŞ qüvvələrini Ukraynaya döyüşməyə göndərməyəcək”, - deyə Miller bildirib.

Qeyd edək ki, daha öncə Konqresin Nümayəndələr Palatasındakı demokratik azlığın lideri Hakim Ceffris ABŞ ordusunun Ukraynadakı münaqişədə iştirakını istisna etməyib. Onun sözlərinə görə, Kiyev məğlub olarsa, belə bir ssenari mümkündür və buna görə də Vaşinqton Ukraynanın çökməsinə imkan verə bilməz.

Conflict.az

  • Sosial şəbəkədə paylaş