Sizin reklam burada
Sizin reklam burada

"Vacib diplomatik görüş olacaq"

"Vacib diplomatik görüş olacaq"
NATO Baş katibi Yens Stoltenberq yaxın günlərdə İtaliya hökumətindən hərbi büdcəni ÜDM-in 2 %-nə çatdırmağı xahiş edəcək.
Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Məlumatına görə, mayın 8-də alyansın Baş katibi İtaliyanın Baş naziri Corcia Meloniyə nəzakət səfəri ilə baş çəkəcək və bu, eyni zamanda vacib diplomatik görüş olacaq.

Nəşr qeyd edir ki, Stoltenberq rəsmi Romaya ölkənin müdafiə xərclərinin ÜDM-in hazırkı 1,43 %-dən (29,1 milyard avro) 2 %-ə qədər artırılmasının zərurəti ilə bağlı aydın mesaj verəcək. Beləliklə, İtaliyadan daha əvvəl planlaşdırıldığı kimi 2028-ci ildə yox, daha əvvəl xərcləri artırmaq istənəcək. Qəzet alternativlərin olmaması səbəbindən cavabın diplomatik olacağını proqnozlaşdırır: “Bunu etmək istərdik, amma həqiqətən kifayət qədər resursumuz yoxdur”.

“La Repubblica” bildirir ki, Meloni yalnız Stoltenberqlə alyansın 2023-2025-ci illər üçün müdafiə planlaması sənədində götürülmüş öhdəliklərin mümkün artırılmasını müzakirə edə, onları alyansın iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitində təqdim edə biləcək. Qəzet söhbətin yalnız yüzdə bir hissənin dəyişdirilməsindən getdiyini bildirir, İtaliyada isə 2 %-lik hədəfə çatmaq üçün ÜDM-in 0,54 %-dən çoxu (11 milyard avrodan çox) çatışmır.

Xatırladaq ki, Stoltenberq fevral ayında alyansın müdafiə nazirlərinin iclasından əvvəl keçirdiyi mətbuat konfransında NATO-nun 18 üzvünün bu il müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdıracağını bildirmişdi. “The Daily Telegraph” isə qeyd edib ki, hazırda yalnız Yunanıstan, Polşa və ABŞ müdafiə məqsədləri üçün NATO-ya üzv ölkələr arasında ÜDM-in 3 %-dən çox vəsait ayırır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş