Sizin reklam burada
Sizin reklam burada

"NATO-nun Belarusu keçməsi problem deyil"

"NATO-nun Belarusu keçməsi problem deyil"
NATO Rusiyanın Kalininqrad vilayəti ətrafında Baltik dənizi sahillərində genişmiqyaslı təlimlər keçirir. Müttəfiqlərdən ibarət 90 minlik qüvvə hər an Rusiya qoşunlarını məhv etmək və müharibəyə başlamaq üçün komanda ala bilər.
Bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Moskvanın NATO-nun şərq cinahına hücum planına dair “Bild” qəzetinin iddiasını şərh edən Svitan bunu “oyun” adlandırıb.

Svitan əlavə edib ki, NATO qoşunlarının bir neçə günə Belarusu keçməsi problem deyil:

“İstənilən belə təlim "döyüşə" komandası ilə başa çata bilər. Bu rəqəm 90 min olanda məsələ daha da ciddiləşir. Belə təlimlərdən sonra NATO istənilən hücumu həyata keçirə bilər”.

Ekspert xatırladıb ki, təlimlər Baltik dənizi sahillərində Kalininqrad vilayəti yaxınlığında keçilir.

“Bu cür təlimlərin nəticələri kifayət qədər ağır olur. Artıq Lukaşenkonun özünü ora-bura vurduğunu eşidirik. Belarusun azad edilməsi (ələ keçirilməsi) ilə bağlı proqnozun mümkünsüzlüyü artıq onlar üçün mümkün hadisədir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş