Sizin reklam burada
Sizin reklam burada

"İsrailin Maliyyə Nazirliyi fələstinlilər adından vergilər toplayır"

"İsrailin Maliyyə Nazirliyi fələstinlilər adından vergilər toplayır"
İsrailin Nazirlər Kabineti Qəzza zolağına ayrılan vergi vəsaitlərinin dondurulması planını təsdiqləyib. Vəsaitlər Fələstin Muxtariyyətinə təhvil verilmək əvəzinə Norveç tərəfindən tutulacaq.
Bu barədə “Röyters” məlumat yayıb.

1990-cı illərdə əldə edilmiş müvəqqəti sülh razılaşmalarına əsasən, İsrailin Maliyyə Nazirliyi fələstinlilər adından vergilər toplayır və Fələstin Muxtariyyətinə aylıq köçürmələr edir. Lakin İsrailin vəsaitlərin HƏMAS-a çatmaması tələbi də daxil olmaqla, razılaşma ilə bağlı mübahisələr davam edir.

İsrailin Baş naziri Benyamin Netanyahu vergi fondları ilə bağlı Nazirlər Kabinetinin qərarının Norveç və ABŞ tərəfindən dəstəkləndiyini bildirib.

Netanyahunun ofisindən bildiriblər ki, pul və ya hər hansı ekvivalent İsrail maliyyə nazirinin icazəsi olmadan heç bir halda köçürülməyəcək.

Fələstin Azadlıq Təşkilatı isə bazar günü bildirib ki, o, pulu tam həcmdə istəyir və Qəzza da daxil olmaqla, işçilərinə maaş verməyə mane olan şərtləri qəbul etməyəcək.

İsrailin maliyyə nazirinin sözçüsü təsdiqləyib ki, Norveç saziş çərçivəsində vəsaiti özündə saxlayacaq və Qəzzaya bir şekel də getməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş