Sizin reklam burada
Sizin reklam burada

"Putinin Ukraynanı ələ keçirmək məqsədi dəyişməz olaraq qalır"

"Putinin Ukraynanı ələ keçirmək məqsədi dəyişməz olaraq qalır"
Rusiya ordusu bu ilin yayında yeni genişmiqyaslı hücum planlaşdıra bilər.
Bu barədə “Financial Times” Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.

Britaniya nəşri güman edir ki, yeni hücumda məqsəd Moskvanın ilhaq etməyə çalışdığı Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətlərinin qalan ərazilərini ələ keçirmək olacaq. Mənbə həmçinin Rusiyanın Xarkov və ya Kiyev vilayətlərini ələ keçirmək cəhdlərini də istisna etmir.

ABŞ kəşfiyyatının bu yaxınlarda məxfiliyi ləğv edilmiş sənədində deyilir ki, Rusiya lideri Vladimir Putinin Ukraynanı ələ keçirmək və tabe etmək məqsədi dəyişməz olaraq qalır.
“Bunu Rusiyanın Ukraynanın şərqində bir neçə, xüsusilə Avdiv ətrafında, eləcə də şimal-şərqdə Liman və Kupyan istiqamətlərində hücum əməliyyatlarını davam etdirməsi göstərir”, - ABŞ kəşfiyyatı bildirir.

Britaniya nəşrinə danışan rəsmilərin fikrincə, Şimali Koreyadan artilleriya mərmiləri və raketlərin tədarükü, həmçinin Çin çiplərinin köməyi ilə silah-sursat istehsalının artırılması Rusiyanı Baxmut döyüşündən sonra olduğundan daha yaxşı vəziyyətə gətirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş