Sizin reklam burada
Sizin reklam burada

"Qrup "ölüm siyahıları" hazırladı"

"Qrup "ölüm siyahıları" hazırladı"
Almaniya neo-nasist qrupların, bəzi irqçi zənginlərin və irqçi partiya AfD rəhbərlərinin gizli toplantısından danışır. Ölkəyə gələn mühacirlərin necə deportasiya ediləcəyini müzakirə etdikləri görüş Almaniyanı silkələyib.
Qruplar Potsdam şəhərində “immiqrantların ölkədən çıxarılmasını" müzakirə etmək üçün toplantı keçiriblər. Görüşdə sağçı ekstremist Moriqin ailəsinin də olduğu qeyd edilir. Tarixi "Landhaus Adlon" otelində keçirilən yığıncaqda seçki işləri və fəaliyyətlər üçün pul yığıldığı, qrupa daxil olmaq üçün 5 min avro üzvlük haqqı ödənildiyi bildirilir.

Neonasist təşkilatının onlayn çat şəbəkəsi vasitəsilə təşkil edildiyi müəyyən edilib. Alman polisinin təqib etdiyi Nordkreuz təşkilatına qarşı daha əvvəl də əməliyyat keçirildiyi, qrup üzvlərinin evlərində minlərlə güllə, cəsəd torbası ələ keçirildiyi bildirilir.

Qrup üzvləri arasında həkimlər, keçmiş hərbçilər, polislər və hətta snayperçilərin də olduğu iddia edilir. Nordkreuz qrupu Almaniya mətbuatında da "ölüm siyahıları" hazırladığı iddiası ilə gündəmə gəlib. Hessen əyalətində qruplaşmanın 1100 üzvündən ibarət “düşmən siyahısı”nın ələ keçirildiyi bildirilib.

Toplantıdan sızan və Alman mediasında yer alan xəbərlərə görə, gündəmə gələn bir başqa plan isə mühacirlərin toplanaraq Şimali Afrikada yaradılacaq nümunə dövlətə yerləşdirilməsi olub. Sözügedən planın Adolf Hitler tərəfindən İkinci Dünya Müharibəsindən əvvəl yəhudilər üçün irəli sürüldüyü və Hitlerin yəhudiləri Madaqaskara göndərməyi planlaşdırdığı ifadə edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş