Sizin reklam burada
Sizin reklam burada

"Bu, gələcək diplomatik danışıqlar üçün bir məsələdir"

"Bu, gələcək diplomatik danışıqlar üçün bir məsələdir"
“Folklend adalarının (Malvin adalarının) statusu Böyük Britaniya ilə gələcək diplomatik danışıqlar zamanı müzakirə olunacaq”.
Bunu Argentina Prezidenti Xavyer Miley Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla danışıqlardan sonra deyib.

"Biz Malvin adaları mövzusunu müzakirə etdik. Bu, gələcək diplomatik danışıqlar üçün bir məsələdir", - Argentina lideri Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Sky News”un jurnalistinin sualını cavablandırarkən deyib.

Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi Miley və Kemeronun görüşü barədə məlumat yayıb. Bəyanatda məlum olur ki, tərəflər ticarət, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini də müzakirə ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş