Sizin reklam burada
Sizin reklam burada

"Hizbullahının 750-yə yaxın mövqeyinə zərbə endirilib"

"Hizbullahının 750-yə yaxın mövqeyinə zərbə endirilib"
İsrail ordusu Qəzza zolağı, İordan çayının qərb sahili və Livandakı əməliyyatlarının təfərrüatını əks etdirən, öldürülən yaraqlıların sayından tutmuş vurulan hədəflərin sayına qədər, geniş məlumat toplusunu açıqlayıb.
Bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-də İsrail daxilində təxminən 1000 döyüşçüdən əlavə, müharibə başlayandan bəri Qəzza zolağında 9 mindən çox HƏMAS və digər qruplaşma döyüşçüsü İsrail ordusu tərəfindən öldürülüb:

"Hərbçilər HƏMAS-ın iki briqada və 19 batalyon komandirini və oxşar rütbəli digər yüksək vəzifəli məmurları öldürüblər. 50-dən çox alay komandiri və oxşar rütbəli HƏMAS əməliyyatçısı da öldürülüb. Həmçinin Hizbullah hərəkatının üzvləri olan 170-dən çox Livan yaraqlısı məhv edilib. Müharibə başlayandan bəri Qəzza zolağında təxminən 30 000 hədəf vurulub. Livanda Hizbullahının isə 750-yə yaxın mövqeyinə zərbə endirilib".

Conflict.az

  • Sosial şəbəkədə paylaş