Sizin reklam burada
Sizin reklam burada

"2024-cü ildə yeni ərazi itkiləri ola bilər"

"2024-cü ildə yeni ərazi itkiləri ola bilər"
2024-cü ildə Ukraynanın yeni ərazi itkiləri ola bilər.
Bu barədə “Taym” jurnalında dərc olunan analizdə bildirilib.
Qeyd edilib ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək.
Avrasiya Qrup analitik agentliyinin rəhbəri olan köşə yazarı Yan Bremerin fikrincə, bu il Ukrayna böhranı son dərəcə çətin və dönüş nöqtəsi olacaq:
“Kiyev hakimiyyəti Rusiya ərazisinə yeni zərbələr vurmaqla böyük hərbi risklərə gedəcək. Bu, Rusiyanın görünməmiş şəkildə cavab verməsinə səbəb olacaq. Münaqişəyə NATO-nun da cəlb olunması mümkündür”.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukraynanın Rusiya üçün məqbul şərtlərlə sülh imzalamaması halında ərazisinin daha 30 faizini itirəcəyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş