Sizin reklam burada
Sizin reklam burada

"Tarix onu müharibə cinayətkarı kimi qınayacaq"

"Tarix onu müharibə cinayətkarı kimi qınayacaq"
İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir.
Bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail Baş naziri Netanyahunun Türkiyə lideri Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində yazıb.

“İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə də, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin Baş naziri Netanyahudur”, - F.Altun bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş