Sizin reklam burada
Sizin reklam burada

"NATO Moskvanı “bir nömrəli təhlükə” kimi qəbul edir"

"NATO Moskvanı “bir nömrəli təhlükə” kimi qəbul edir"
Rusiya Avropa İttifaqı üçün əsas təhlükə olaraq qalır və Avropa orduları bu təhlükəni “ciddi qəbul edir” və yüksək intensivlikli münaqişəyə hazırlaşır.

Bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib. Onun sözlərini “Blesk” nəşri sitat gətirib.

Siyasətçinin Vışeqrad dördlüyü - Çexiya , Slovakiya , Macarıstan və Polşa prezidentlərinin görüşündə dediyi kimi, Ukraynadakı münaqişə səbəbindən Rusiyaya öz döyüş qabiliyyətini bərpa etmək üçün illər lazım olacaq, lakin Çexiya və digər NATO ölkələri Moskvanı hələ də “bir nömrəli təhlükə” kimi qəbul edirlər

Macarıstan prezidenti Katalin Novakova Pavelin mövqeyini dəstəkləyib və söz verib ki, Vışeqrad dördlüyü bundan sonra da Ukraynaya kömək etməyə çalışacaq. "Biz potensial təcavüzə o qədər hazır olmalıyıq ki, heç kim bizə hücum etmək istəməsin" deyə Polşa lideri Anjey Duda əlavə edib .

Bundan əvvəl Petro Pavel Ukraynanın əks-hücumunun gözlənildiyi kimi getmədiyini etiraf edib. Onun sözlərinə görə, Rusiya öz qoşunlarına Qərbin Ukraynaya göndərdiyindən daha çox silah və sursat göndərir, qış isə Kiyev üçün yeni problemlər yarada bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş