Sizin reklam burada
Sizin reklam burada

Bıunken gedən yolda Həmasa bağlı Tugayın nümayəndəsinin fotosu olan bayraq asıldı

Bıunken gedən yolda Həmasa bağlı Tugayın nümayəndəsinin fotosu olan bayraq asıldı
ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
Bu barədə “TRT Haber” məlumat yayıb.

E.Blinken Esenboğa Hava Limanında adi səviyyədə qarşılanıb. Onu qarşılamaq üçün hava limanına ABŞ-ın Türkiyədəki səfiri Jeffry Flake, Türkiyə XİN-in Amerika üzrə məsul şəxsi Yaprak Balkan, Ankara Vali yardımçısı Namık Kemal Nazlı gedib.

Üstəlik Bıunkenin Fidan ilə görüşəcəyi məkana gedən yolda Həmasa bağlı İzzeddin El Kassam Tugaylarının nümayəndəsi Ebu Ubeydenin fotosunun olduğu bayraq asılıb.
Qeyd edək ki, Fidan ilə Blinken arasında baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş