Sizin reklam burada
Sizin reklam burada

"Qərb Hizbullahın müharibəyə girməməli olduğunu deyir"

"Qərb Hizbullahın müharibəyə girməməli olduğunu deyir"
Qərb Livan hakimiyyəti ilə, eləcə də Livanın Hizbullah hərəkatının nümayəndələri ilə əlaqə qurub və onlardan Yaxın Şərqdə münaqişəni gərginləşdirməkdən çəkinməyi xahiş edir.
Bu barədə "Vaşinqton Post” Qərb rəsmisinə istinadən məlumat yayıb.

"Qərb Livan və Hizbullahdan xahiş edir ki, sərhəddə hər hansı bir eskalasiyadan çəkinsin. Ümumiyyətlə, Livan Qəzza münaqişəsindən uzaq dursun. Livan ağır iqtisadi vəziyyət fonunda yeni münaqişəyə tab gətirə bilməz",- mənbə bildirib.

Qeyd olunur ki, hərəkat nümayəndələri Qərbə cavab da verib: "Biz sizi başa düşürük, lakin HƏMAS-ın süqutuna da icazə verə bilmərik”.

Mənbənin sözlərinə görə, bütün Qərb ölkələri Livan hakimiyyəti ilə danışır, səfirlər göndərir, Hizbullahın müharibəyə girməməli olduğunu deyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş