Sizin reklam burada
Sizin reklam burada

"HƏMAS on kilometrlərlə tunellər tikmək üçün illər sərf edib"

"HƏMAS on kilometrlərlə tunellər tikmək üçün illər sərf edib"
HƏMAS 3-4 aylıq döyüşlərə bəs edəcək yanacaq, ərzaq və dərman ehtiyatı toplayıb.
Bu barədə “Nyu-York Tayms” adının açıqlanmayan ərəb və Qərb rəsmilərinə istinadla məlumat yayıb.

“HƏMAS-ın nəqliyyat vasitələri və raketlər üçün yüz minlərlə qallon yanacağı var, eləcə də sursat istehsalı müəssisələri, partlayıcı maddələr və avadanlıqlar, qida, su və dərman ehtiyatları”, - məlumatlı mənbə ABŞ nəşrinə deyib.

Məqalədə qeyd olunur ki, HƏMAS qüvvələri on kilometrlərlə yeraltı tunellər tikmək üçün illər sərf edib və orada uzun sürən döyüş üçün lazım olan hər şeyi toplayıblar.

“HƏMAS-ın döyüşü 3-4 ay kənardan tədarük olmadan davam etdirmək üçün kifayət qədər ehtiyatı var”, - Livan rəsmisi qəzeti bildirib.

Nəşr iddia edir ki, HƏMAS həmçinin yeraltı bunkerlərdə öz silahlarını istehsal etməyi və onları İsrailin qabaqcıl müşahidə sistemlərindən qorumağı öyrənib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş