Sizin reklam burada
Sizin reklam burada

"Hesabat “Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri” adlanır"

"Hesabat “Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri” adlanır"
Hindistanda milli və dini azlıqlara qarşı hücumları izləyən “Hindutva Watch” araşdırma qrupu 2023-cü ilin ilk yarısında ölkədə müsəlmanlara qarşı nifrət ifadələrinin işlədildiyi və zorakılıq çağırışlarının edildiyi 255 mitinqin keçirildiyini açıqlayıb.
“Hindutva Watch”un hesabatı “Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri” adlanır.

Hesabata görə, ilin ilk 6 ayında müsəlmanlara qarşı nifrət ifadələrinin işlədildiyi 17 ştatda 255 mitinq keçirilib. Bu rəqəmin həyəcanverici olduğu bildirilən hesabatda hər gün orta hesabla müsəlmanlara qarşı nifrət ifadələri istifadə edilən birdən çox tədbirin keçirildiyi qeyd olunub. Sözügedən fəaliyyətlərin 205-nin Baş nazir Narendra Modinin və millətçi Bharatiya Janata Partiyasının (BJP) rəhbərlik etdiyi əyalət və bölgələrdə qeydə alındığı vurğulanıb. Müsəlmanlara qarşı fəaliyyətlərin çoxu Maxaraştra, Karnataka, Madxya Pradeş, Racastan və Qucarat ştatlarında keçirilib.

Hesabata görə, mitinqlərdə müsəlmanlara və İslam dininə qarşı zorakılığa açıq çağırışlar edilib.
İnsan haqları təşkilatları irqçi Modi və partiyasının 2014-cü ildə hakimiyyətə gəlməsindən sonra müsəlmanlara qarşı pis rəftarın artdığını bildirirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş