Sizin reklam burada
Sizin reklam burada

"Tramp kredit əldə etmək üçün saxtakarlıq etmiş ola bilər"

"Tramp kredit əldə etmək üçün saxtakarlıq etmiş ola bilər"
Nyu York Məhkəməsi müəyyən edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp böyük və gəlirli kreditlər əldə etmək üçün maliyyə hesabatlarında sərvətini şişirdərək saxtakarlıq etmiş ola bilər.
Bu barədə “Blumberq” məlumat yayıb.

Manhetten Dairə Məhkəməsinin hakimi Artur Enqorn Nyu York ştatının baş prokuroru Letisia Ceymsin Trampın özünə, övladları Donald Tramp Jr., İvanka və Erik Trampa, həmçinin “Trump Organization" biznes imperiyasının rəhbərliyinə qarşı qaldırdığı iş üzrə qərar qəbul edib.

Hakimin Amerika hüquq terminologiyasında summary judgement adlandırılan qərar Nyu York baş prokurorunun ilkin vəsatətini təmin edir və oktyabrın 2-də başlayacaq növbəti məhkəmə prosesində Trampın mühakimə olunmasına "yaşıl işıq" yandırır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş