Sizin reklam burada
Sizin reklam burada

"Bayden Putin və Si Cinpinin sammitdə iştirak etməməsindən istifadə edəcək"

"Bayden Putin və Si Cinpinin sammitdə iştirak etməməsindən istifadə edəcək"
ABŞ Prezidenti Cozef Bayden Amerikanın inkişaf etməkdə olan ölkələrlə münasibətlərini yaxşılaşdırmaq üçün rusiyalı həmkarı Vladimir Putin və Çin lideri Si Cinpinin G20 sammitində iştirak etməməsindən istifadə edəcək.
Bu barədə CNN xəbər verir.
Nəşr hazırkı sammitin inkişaf etməkdə olan ölkələrə və iqlim dəyişikliyinə həsr olunacağını yazır. Bayden də öz növbəsində diqqətini bu cür ölkələri dəstəkləməyə, eləcə də Rusiya və Çinin artan hərbi və iqtisadi təcavüzünə qarşı durmağa yönəltmək niyyətindədir.
Qeyd edilir ki, Baydenin G20 sammitində əsas məqsədi Dünya Bankına və digər çoxtərəfli inkişaf banklarına təklif olunan islahatlar, eləcə də inkişaf etməkdə olan ölkələri dəstəkləməyə yönəlmiş qurumlar üçün artan maliyyələşmə ətrafında olacaq.
Lakin konkret islahatlardan başqa administrasiya rəsmiləri ümid edirlər ki, Baydenin sammitdə iştirakı və onun bankların gücləndirilməsinə diqqət yetirməsi ABŞ-ın bu ölkələrə öhdəliyi barədə mesajlar verəcək.
“Biz düşünürük ki, Birləşmiş Ştatlar danışıqlar masasına oturub, “yaxşı, biz inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olduğumuzu bilirik” deyir”, - ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb.
Bir sıra inkişaf etməkdə olan ölkələrin daxil olduğu sammitdə Baydenin iştirakı ilə Si Cinpinin olmaması arasındakı ziddiyyət ABŞ Prezidentinə Birləşmiş Ştatların bu cür ölkələrə sadiqliyini vurğulamaq imkanı verəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş