Sizin reklam burada
Sizin reklam burada

"Ukraynalılar bu sınaqdan keçə biləcəklər"

"Ukraynalılar bu sınaqdan keçə biləcəklər"
ABŞ Dövlət katibi Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.
Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi yardıma, xüsusən energetika sahəsindəki köməyə görə Blinkenə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, Ukraynanı ağır qış gözləyir, lakin o əmindir ki, ukraynalılar bu sınaqdan keçə biləcəklər.

Blinken, öz növbəsində, Zelenski və komandasını görməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Amerikanın Ukraynaya dəstəyini təsdiqləmək, o cümlədən ölkəsinin səylərini maksimuma qaldırdığını bildirmək üçün Kiyevə səfər etməsini istəyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş