Sizin reklam burada
Sizin reklam burada

“Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir"

“Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir"
Mən dəqiq nə baş verdiyini bilmirəm, ancaq təəccüblənmədim.
Bu sözləri ABŞ Prezidenti Co Bayden “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Tver vilayətində təyyarəsinin qəzaya uğraması nəticəsində ölməsi haqda qeyd edib.

“Rusiyada Putinin arxasında olmadığı çox az hadisə baş verir. Amma dəqiq bilmirəm”, - Bayden bildirib.

Xatırladaq ki, 23 avqust axşam saatlarında “Vaqner” rəhbəri Yevgeni Priqojinin olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısının öldüyü bildirilir.

Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu ehtimalı yüksəkdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş