Sizin reklam burada
Sizin reklam burada

"Ruslar buranı saxlaya bilməyəcəklər"

"Ruslar buranı saxlaya bilməyəcəklər"
“Ruslar Zaporoje vilayətində Robotini saxlaya bilməyəcəklər”.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, Robotində Rusiya qüvvələri üçün vəziyyət ağırdır: “Robotinlə problem qısa müddətdə həll olunacaqş Ruslar buranı saxlaya bilməyəcəklər. Birincisi, Robotin və Verbov arasında onları sıxışdırmışıq. İkincisi, sağ cinahda – Robotin və Kopani arasında sıxışdırılma prosesi sürətlənib”.
Kovalenko əlavə edib ki, rusların Robotində qalamları intihardır, Ukrayna ordusunun nəzarəti altındadır. O, həmçinin Ukrayna qüvvələrinin Kopani kəndi yaxınlığında inamla döyüşdüklərini söyləyib.
“Robotinlə bağlı məsələ yaxın vaxtlarda həll olunarsa, o zaman bu istiqamətdə düşmənin ikinci müdafiə xəttinə çatacağıq”, - Kovalenko vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bu hissəsində əks-hücuma keçməsi ilə əlaqədar Zaporoje vilayətində vəziyyət dinamikləşib. Ruslar Tokmak yaxınlığında ciddi itkilər veriblər.
Ukrayna ordusunun Melitopol istiqamətində də irəliləyişi qeydə alınıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş