Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Krım körpüsünü dağıta bilməyəcək"

"Ukrayna Krım körpüsünü dağıta bilməyəcək"
ABŞ konqresmenlərinin bir hissəsi Ukraynaya yeni yardım paketinə qarşı çıxıb.
Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən yazıb.

Əks-hücumun nəticələrini nəzərə alaraq, bəzi respublikaçılar indi prezident Baydenin Ukraynaya 20 milyard dollardan çox yardım istəməsinə etiraz edirlər.

Avqustun 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Endryu Harris Ukraynanın əks-hücumunun iflasa uğradığını bildirib. O, həmçinin qeyd edib ki, Ukraynaya maliyyə yardımının ayrılmasını dəstəkləyəcək, bir şərtlə ki, bu pullar hərbiyə deyil, humanitar məqsədlərə getsin.

“The Washington Post” isə ABŞ kəşfiyyatın fikirlərinə əsasən, Ukraynanın əks-hücum zamanı qarşıya qoyulan məqsədlərə nail ola bilməyəcəyini yazıb. Nəşrin yazdığına görə, məxfi kəşfiyyat proqnozundan çıxan nəticə ondan ibarətdir ki, Ukrayna Melitopola çatmayacaq və Krım körpüsünü dağıta bilməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş