Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-dakı qondarma soyqırım şəbəkəsi hadisələrdən yalan aləti kimi istifadə edir”

"ABŞ-dakı qondarma soyqırım şəbəkəsi hadisələrdən yalan aləti kimi istifadə edir”
Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin qarşısını almaqdır.
Bu barədə AKP-nin sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
Çelik qeyd edib ki, “Disney” platforması erməni lobbisinin təzyiqinə məruz qalaraq, “Atatürk” serialını efirə vermədən ləğv edib: “Sözügedən platformanın bu münasibəti Türkiyə Cümhuriyyətinin və millətimizin dəyərlərinə hörmətsizlikdir. Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir”.
O bildirib ki, bu şəbəkələrin fəaliyyətləri Atatürk və Türkiyə Cümhuriyyətinə zərər yetirə biləcək gücdə deyil.

Conflict.az

  • Sosial şəbəkədə paylaş