Sizin reklam burada
Sizin reklam burada

"İştirak etməyi planlaşdırıram"

"İştirak etməyi planlaşdırıram"
ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürmək niyyətini "çox yaxında" açıqlayacağını bildirib.
Bu barədə C.Bayden jurnalistlərlə söhbəti zamanı deyib.
"Mən artıq sizə demişdim ki, iştirak etməyi planlaşdırıram. Tezliklə sizə xəbər verəcəyəm" - deyə C.Bayden bildirib.
Yenidən seçiləcəyi təqdirdə, C.Bayden 82 yaşında Amerika lideri kimi ikinci müddətə başlayacaq.
"The Washington Post"un daha əvvəl xəbər verdiyi kimi, Demokratların nümayəndələri belə bir perspektivə o qədər də həvəs göstərmirlər. Onlar C.Baydeni dəstəkləyirlər, çünki bunu respublikaçı Donald Trampın yenidən prezident seçilməsinə və ya onun kimi siyasətçinin hakimiyyətə gəlməsinə mane olmaq şansı kimi görürlər.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. D.Tramp 2022-ci ilin noyabrında ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu açıqlamışdı. “The New York Times” qəzetinin yazdığına görə, C.Bayden aprelin 25-də videomüraciət göndərməklə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlaya bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş