Sizin reklam burada
Sizin reklam burada

"Onların qərarlarına əhəmiyyət verməyin"

"Onların qərarlarına əhəmiyyət verməyin"
Böyük Britaniya “Rusiyanın ən yeni silah sisteminin yaratdığı dalğa ilə dənizin dibinə qərq olanadək” Rusiyanın düşməni kimi qalacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Londonun rusiyalı jurnalist Vladimir Kara-Murzanın işi ilə əlaqədar hakim və təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalarını şərh edərkən “Telegram” kanalında yazıb.
O, Britaniya hakimiyyətinin öz eksklüzivliyinə inandığını və sanksiyaların Rusiya rəsmiləri üçün “dəhşətli cəza” olacağı fikrini ifadə edib.
“Lakin onların qərarlarına əhəmiyyət verməyin. Britaniya bizim əbədi düşmənimiz olub, var və olacaq. Hər halda, onların həyasız və iyrənc dərəcədə rütubətli adası Rusiyanın ən son silah sisteminin yaratdığı dalğadan dənizin dibinə gedənə qədər”, – Medvedev qeyd edib.
Xatırladaq ki, aprelin 17-də Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanət və ordu haqqında saxta məlumatların yayılması ittihamı ilə ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib. Aprelin 21-də isə Böyük Britaniya jurnalistin həbsində iştirak edən beş rusiyalıya qarşı sanksiyalar elan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş