Sizin reklam burada
Sizin reklam burada

"Separatçılar içərisində ona mane olmaq istəyənlər var”

"Separatçılar içərisində ona mane olmaq istəyənlər var”
Erməni separatçılarının “dövlət naziri” Ruben Vardanyanın bu “vəzifədə” çalışmasının 100 günü ilə bağlı açıqlamasında diqqət çəkən məqam var.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Vardanyan “100 günün 67-nin blokada şəraitində” işlədiyini və “bölgənin kollapsa yuvarlanmadığını” deyib: “Vardanyan bildirib ki, xarici təzyiqlə yanaşı daxildəki müxalifət də planlarımızı əngəlləyə bilmədi. Onun cümləsinin ikinci hissəsi diqqət çəkir. Ruben Vardanyan ilk dəfə etiraf etdi ki, separatçılar içərisində ona mane olmaq istəyənlər var”.
Politoloq bildirib ki, Vardanyan öz xoşu ilə getməyəcək – ya Moskva geri çağırmalı, ya da göndərməliyik.

Conflict.az

  • Sosial şəbəkədə paylaş