Sizin reklam burada
Sizin reklam burada

"Ankaranın mövqeyi bəllidir"

"Ankaranın mövqeyi bəllidir"
Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətlərə baxılması prosesinin lap əvvəlindən Ankaranın Helsinki ilə dialoqda Stokholmla müqayisədə daha az problemi var idi.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Portuqaliyalı həmkarı Joao Qomeş Kravinyo ilə birgə mətbuat konfransında deyib.
M.Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya müraciətlərinə Ankaranın ayrıca baxacağını istisna etmədiyi barədə açıqlamalarını şərh edib.
"Türkiyə liderinin son açıqlamaları Türkiyənin ilkin mövqeyini təsdiqləyir. Finlandiya ilə münasibətlərdə daha az problem olduğunu bildirdik. Ona görə də məncə, böyük problemlərin olan dövlətlə daha az problemivin olduğu ölkə arasında fərq qoymaq ədalətli olar" - deyə Türkiyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Ankaranın yanaşmasına baxmayaraq, NATO ərizələrə eyni vaxtda baxılmasının tərəfdarı olub və nəticədə Madriddə keçirilən sonuncu NATO sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandum imzalanıb.
"Sənədi imzaladıqdan sonra Finlandiya bir sıra addımlar atıb. Eyni zamanda, Skandinaviya ölkəsi qonşu İsveçdə qeydə alınanlara bənzər təxribatlarla üzləşməyib. Baxmayaraq ki, Finlandiyada da Alyansa qoşulmağa qarşı çıxan çoxlu qüvvələr var" - deyə M.Çavuşoğlu bildirib.
O vurğulayıb ki, Türkiyə əsaslı şəkildə NATO blokunun genişlənməsinə qarşı deyil. "NATO-nun yeni üzvləri ilə bağlı Ankaranın mövqeyi bəllidir. Türkiyə bu iki ölkənin üzləşdiyi təhlükəsizlik problemlərinin fərqindədir və oxşar yanaşma gözləyir" - deyə nazir əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş