Sizin reklam burada
Sizin reklam burada

"Əsas səbəb mümkün olmayanı istəməkdir"

"Əsas səbəb mümkün olmayanı istəməkdir"
"ABŞ-ın Koreya, Vyetnam, Əfqanıstan, Liviya, Suriya və İraqdakı məğlubiyyətlərinə Ukrayna da əlavə oluna bilər".
Bu fikri Türkiyənin "Sabah" nəşrinin köşə yazarı Bercan Tutar bildirib.
O, qeyd edib ki, bütün bu məğlubiyyətlərin əsas səbəbi ABŞ-ın mümkün olmayanı istəməsidir. Ona görə də İkinci Dünya Müharibəsindən sonra heç bir münaqişədə qalib gələ bilmirlər.
Məqalədə qeyd olunur ki, Vaşinqtondan olan rəsmilər və siyasətçilər çox vaxt müxalif olduqları ölkələr haqqında kifayət qədər məlumata malik deyillər. Onlar həm də bütövlükdə dünyanın mənzərəsini görmürlər.
"Məsələn, Vyetnam müharibəsi zamanı ABŞ-ı idarə edən prezidentlər Kennedi, Conson və Nikson Vyetnam, SSRİ və Çin arasındakı münasibətdən çox az xəbərdar idilər. 11 sentyabr hücumlarından sonra isə məlum oldu ki, yalnız kiçik bir Amerika cəmiyyətinin bir hissəsi sünni və şiə arasındakı fərqi bilir” - deyə o, yekunlaşdırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş