Sizin reklam burada
Sizin reklam burada

"NATO bütün resurslarını Kremlə yönəldib"

"NATO bütün resurslarını Kremlə yönəldib"
Demək olar ki, bütün NATO ölkələri de-fakto Ukrayna münaqişəsində iştirak edir. Alyans Rusiya ilə mübarizə potensialını gücləndirir.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
"Bu və ya digər dərəcədə, demək olar ki, bütün NATO-ya üzv ölkələr təcavüzün güclənməsi prosesində iştirak edir, Kiyev rejimini texnika, mərmi, silah, indi isə ağır silahlarla təmin edir" - o bildirib.
Siyasətçi əlavə edib ki, NATO bütün resurslarını Kremlə yönəldib: "Biz aydın şəkildə başa düşməliyik: Şimali Atlantika Alyansı silahlanma yarışını sülh və danışıqlar və ya “azadlıq uğrunda mübarizə” naminə deyil, Kremlə, rus dünyasına qarşı gələcək geosiyasi toqquşma naminə gücləndirir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş